Azərbaycan “TotalEnergies” ilə enerji layihələrində əməkdaşlığı müzakirə edib – FOTO

Siyasət


Azərbaycan Fransanın “TotalEnergies” şirkəti ilə energetika sahəsində həyata keçirilən layihələri və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Bunu iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov özünün “Facebook” hesabında bildirib.

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “TotalEnergies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən layihələr və bərpa olunan enerji istehsalı sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, – deyə M.Cabbarov qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir