“1991-ci ilin bu günü Nüvədini tərk etdik, çünki başqa çarəmiz yox idi”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Meğri rayon icmasının sədri, AMEA-nın akademiki Fikrət Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, kənd sakinləri 1991-ci ilin bu gününə qədər Nüvədini tərk etməyiblər:
“Tale elə gətirdi ki, 1991-ci ilin bu günü biz oranı tərk etdik. Çünki əliyalın camaatın kəndi tərk etməkdən başqa çarələri yox idi. Mən o vaxt SSRİ Ali Sovetinin sonuncu sədri Anatoli Lukyanovun qəbulunda oldum və məsələləri aydınlaşdırmağa çalışdım. Lakin cavabında mənə dedi ki, o torpaqlar sizin deyil və çıxmalısınız. Mən həmin günə qədər elə bilirdim ki, bizi yurdumuzdan qovan təkcə ermənilər idi. Ancaq həmin hadisədən sonra bu işlərin arxasında sovet rejiminin olduğunu gördüm”.
www.RIA24.az