BQXK əməkdaşları Vaqif Xaçatryana baş çəkiblər

Siyasət


5 avqust tarixində Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) nümayəndələri iyulun 29-da saxlanılan Vaqif Xaçatryana bir daha baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, saxlanılan şəxslə təkbətək görüş keçirilib və o, Qırmızı Xaç Məktubu vasitəsilə ailəsi ilə əlaqə saxlamaq imkanından istifadə edib.

“Mandatına uyğun olaraq BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – o qeyd edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir