Müsadirə edilmiş, hərracda satılmamış əmlakın vergiyə cəlb edilməsi qaydaları müəyyənləşdiriləcək

Siyasət


Milli Məclis müsadirə edilmiş, hərracda satılmamış əmlakın vergiyə cəlb edilməsi qaydalarını müəyyənləşdirəcək.

“Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Vergi Məcəlləsinin müvafiq maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxıb və qərar qəbul edib.

Qərara əsasən, Vergi Məcəlləsinə görə, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan tərəfindən əldə edilmiş və amortizasiya olunmayan maddi aktivlərə daxil edilməyən ipoteka predmeti olan əmlak vergitutma obyektinə aiddir.

Eyni zamanda qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla ipoteka saxlayan müəssisənin məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə ipoteka saxlayan tərəfindən əldə edilmiş, lakin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətində istifadə edə bilmədiyi, qanunvericiliklə özgəninkiləşdirilməli olan əmlaklara münasibətdə əmlak vergisinin tətbiqi şərtləri və qaydalarının tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir