Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Xatırladaq ki, M.Adnayeva bu vəzifəyə 6 oktyabr 2021-ci ildə təyin edilmişdi.
www.RIA24.az