Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb

Siyasət

Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur www.change.org saytında Ermənistana qarşı petisiya ilə çıxış edib.

“Report”un xəbərinə görə, bu barədə petisiyanın əsas təşəbbüsçülərindən olan BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev məlumat verib.

Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən otuz illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.

Sənəddə deyilir:

“Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir. Məcburi köçkün ailələrini qorxu içində saxlayaraq öz evlərinə qayıtmasına əngəl olmağa çalışan Ermənistan bu sirrin açarını gizlədir”.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov 22 fevral 2021-ci il tarixində Birləşmiş Millətlər Təşkilatından Ermənistanı azad edilən ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib. Petisiya həmin sənədə istinad edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları, media qurumlarını Azərbaycanın üzləşdiyi mina probleminə yönəltmək üçün çoxsaylı insanların change.org saytında birgə etiraz çağırışıdır.

Qeyd edək ki, dünyaca məşhur change.org saytının yarım milyarda yaxın abunəçisi var. Sayt üzərindən qaldırılmış məsələlər 196 ölkədə 72 807 uğur əldə edib. Azərbaycan vətəndaşları da www.change.org saytına daxil olub, petisiyaya imza ata bilər. Bu petisiyanı imzalamaqla Ermənistanı minalanmış ərazilərə dair xəritələri üzə çıxartmağa çağırmağınız çox sayda günahsız insan itkisinin qarşısını ala bilər. Bu insanların zərərsizləşdirilməsi mümkün olan həmin minalara düşərək həyatlarını itirmək və ağır yaralanmaq qorxusu olmadan yaşamaq hüququ var.

Xatırladaq ki, petisiyaya qoşulan vətəndaş cəmiyyəti qurumları Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Minadan Zərərçəkənlər Assosiasiyasının sədri Rey Kərimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İB-nin sədri Hafiz Səfixanov, “Dayaq” Qeyri-Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimov, “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov 25 mart 2021-ci il tarixdə erməni hərbi birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərinin xəritələrinin tələb edilməsi ilə bağlı beynəlxalq qurumlara müraciət edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir