Bir sıra istiqamətlərdə Ermənistanın qeyri-adekvat mövqeyini görürük.
Oxu.Az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osayminlə keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan işğal müddətində minaladığı ərazilərin xəritəsini verməkdən boyun qaçırır. Nazir qeyd edib ki, Ermənistanın bu siyasəti hərbi cinayətin növbəti təzahürüdür.
“Azərbaycan imkan verməyəcək ki, Ermənistan bu faktları dünya ictimaiyyətinin diqqətindən yayındırsın”, – deyə C.Bayramov əlavə edib.
Nazir bildirib ki, bu gün də Ermənistanda revanşist bəyanatlar səsləndirilir.
Aqşin Kərimov