Rəsmi İrəvan “Qaçqınlar üçün Erməni Platforması” yaradır.
Belə bir platformanın yardılmasında məqsəd “erməni qaçqınları” ilə bağlı “həqiqətlərin” yayılmasına nail olmaq, habelə “qaçqınların probleminin həllinə” nail olmaqdır.
Artıq “Qaçqınlar üçün Erməni Platforması”nın yaradılması üçün təşəbbüs qrupunun iclası keçirilib, qarşıda duran vəzifələr müəyyənləşib.
Bundan başqa, məlum olub ki, İrəvan “Bakı qaçqınları”nın problemləri ilə məşğul olmaq üçün bir neçə QHT də yaradıb ki, bunlardan da biri “Qaçqınlar və Beynəlxalq Hüquq” İctimai Birliyidir. Hansı ki, bu QHT-lər əlaqədar dövlət orqanları ilə birlikdə “erməni qaçqınları” ilə bağlı yalanların beynəlxalq aləmdə yayılmasını təşkil edir.
Hələlik “Qaçqınlar üçün Erməni Platforması”nın beynəlxalq müstəvidə özünü nə dərəcədə doğrudlacağı bəlli olmasa da, bu prosesdə xaricdəki erməni diaspor təşkilatlarının da yaxından iştirak edəcəyi məlumdur. Bu isə o deməkdir ki, ölkəmiz yaxın gələckdə yeni təxribatlara hazır olmalıdır.
Xatırladaq ki, son bir ildir ki, İrəvan 90-cı illərdə Azərbaycanın minlərlə ermənini didərgin salması ilə bağlı qondarma iddia ilə çıxış etməkdə, dünyanı “erməni qaçqını” yalanına inandırmağa çalışmaqdadır.