Avqustun 14-də Türkiyə Respublikasından olan media nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə işğaldan azad edilmiş Ağdam şəhərinə gəliblər. Onlar burada Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, Ağdam azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən aparılan böyük quruculuq işləri ilə tanış olacaqlar.
Türkiyəli jurnalistlərin Füzuli, Zəngilan, Laçın və Şuşa rayonlarına da səfərləri nəzərdə tutulur.
www.RIA24.az