Avropa İttifaqı missiyası Ermənistan MN-in yalanını ifşa etdi – FOTO

Siyasət


“Avropa İttifaqının Ermənistandakı missiyası atəşə məruz qalmayıb”.

Bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası bu ölkənin Müdafiə Nazirliyinin məlumatını şərh edərkən bildirib.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin guya Ermənistandakı Aİ müşahidəçiləri istiqamətində atəş açdığını bəyan etmişdi.

“Heç bir EUMA patrulu (Aİ missiyası – red.) atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədinin ərazilərində patrul xidməti həyata keçiririk və Brüsseli hərbi hadisələr, o cümlədən məsuliyyət zonamızda baş verən atışmalarla bağlı məlumatlandırırıq”, – Aİ missiyasının “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir