Politoloq: “Şərtlərimiz yerinə yetirilməyənədək ölkəmizdəki erməni diversantları qaytara bilmərik” – VİDEO

Siyasət

Ölkəmizdəki erməni diversantların azad edilməsi ilə bağlı məsələləri hansısa mərhələdə müzakirə edə bilərik. Lakin bunun üçün şərtlərimiz yerinə yetirilməlidir. Yəni minalanmış ərazilərin xəritəsi verilməli, Laçın dəhlizi nəzarətə götürülməli və Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, rəsmi İrəvan Bakının şərtlərini yerinə yetirmədiyi təqdirdə onların qaytarılması barədə məsələlər müzakirə edilə bilməz:

“Ermənistandakı və Rusiyadakı siyasi dairələr anlamalıdır ki, şərtlərimiz yerinə yetirilməyənədək ölkəmizdəki erməni diversantları qaytara bilmərik. Bu, Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloq qeyd edib ki, Rusiya erməni diversantların qaytarılmasını istəsə də, ölkəmizə açıq-aşkar təzyiq göstərmir:

“Rusiyanın Baş prokuroru İqor Krasnovun Bakıya və İrəvana göndərilməsi Moskvanın erməni diversantlarla bağlı problemin həllində maraqlı olmasını göstərir. Lakin biz belə bir anda bu addımı ata bilməzdik. Çünki bu hal Ermənistanın Rusiya ilə birgə ölkəmizə təzyiq etməsi görüntüsü yarada bilər.

Həmçinin Qərbdən də müəyyən dairələr bu “əsir”lər mövzusunu gündəmə gətirməyə çalışırlar. Lakin bu məsələni kimlərsə qaldıra bilsə də, ölkəmizə təzyiq edə bilməz”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir