Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
S.Lavrov telefon danışığı zamanı Moskva, Bakı və İrəvanın üçtərəfli bəyanatlarının ən yüksək səviyyədə icrası nəzərə alınmaqla bütün məsələlərin tezliklə həllinin tapılmasının prioritet olduğunu bildirib.
O, həmçinin 1991-ci il “Alma-Ata Bəyannaməsi”nin prinsiplərinə sadiqliyi də vacib hesab etdiyini vurğulayıb.
www.RIA24.az