Metyu Brayza: “Ağdama səfər çox emosional olacaq” – VİDEO

Siyasət

“Mən Ağdamda 12-13 il əvvəl olmuşam, dağıntı və xarabalığın məni sarsıtdığını xatırlayıram”.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna yollanacaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Müharibə zamanı nələrin baş verdiyini daha yaxşı anlamaq üçün beynəlxalq mütəxəssislər qrupu ilə Ağdama yola düşürəm. 12-13 il əvvəl Ağdamda olmuşam və orada olduğum zaman dağıntı və xarabalığın məni sarsıldığımı xatırlayıram. İndi də orada vəziyyətin yaxşı olmadığını ehtimal edirəm. Bu çox emosional bir səfər olacaq”, – o bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir