Maksim Quen: “Laçın” sərhəd-buraxılış məntəqəsində yoxlamalar həm qanuni, həm də zəruridir”

Siyasət


“Laçın yolunun “blokadası” ilə bağlı bəyanatlar reallığa uyğun gəlmir”.

Bunu “Report”a açıqlamasında fransız tarixçi və politoloq Maksim Quen Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığından sonra Fransa XİN-in verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Laçın yolunda nəqliyyatın hərəkəti dayanmır. Xankəndidəki ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə müqavimət göstərməsəydilər, Ermənistan ərazisində gözləyən yük maşınları keçə bilərdi. Bu yoxlama həm qanuni (sərhəd-buraxılış məntəqələri bütün ölkələrdə var), xüsusən də Rusiya sülhməramlılarının himayəsi altında həyata keçirilən silah qaçaqmalçılığının qarşısının alınması kontekstində zəruridir”, – o vurğulayıb.

M.Quen əlavə edib ki, Ağdam-Xankəndi yolunu məhz separatçılar bağlayıblar.

Onun sözlərinə görə, belə qərəzli bəyanatları, təəssüf ki, təkcə Fransanın deyil, həm də çox vaxt Aİ-nin yüksəksəviyyəli nümayəndələri verirlər:

“Aİ və Fransa qorxurlar ki, Nikol Paşinyan ölkəsində ictimai rəy qarşısında simasını itirə və onun yerini Robert Koçaryan və ya onun kimiləri əvəz edə bilərlər”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir