Masallı rayonunda yolların tikintisinə 14 milyon manatdan çox vəsait ayrıldı – SƏRƏNCAM

Siyasət


Masallıda yol tikintisi üçün 14,6 milyon manat ayrılıb.

President.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncamla əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan-Əhmədli-Təklə-Köcəkli, Bala Təklə-Şərəfə və Öncəqala-Hüseynhacılı-Viləş-Xallıcalı-Dəlləkli-Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon (on dörd milyon altı yüz min) manat ayrılıb.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir