PA-nın sektor müdiri: “Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları verməkdən qorxur”

Siyasət


“Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları verməkdən qorxur”.

“Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var.

Sektor müdirinin sözlərinə görə, aidiyyəti qurumlarla bu məsələ ilə bağlı sıx əməkdaşlıq edilir:

“BQXK-dan gözləntilərimiz yüksək idi”.

“Ərazilərimizin azad olunması həmin yerlərdə fəaliyyətimizin gücləndirilməsinə imkan verib. Çünki artıq həmin ərazilərdə işlər görürük, kütləvi məzarlıqlar aşkar edirik. Aşkarlanan qalıqlarda erməni hərbçilərin daim əsirlərə işgəncələr verdikləri məlum olur. Ermənistanla bir çox məsələlər, eləcə itkin düşmüş şəxslərlə bağlı daim müzakirələr aparılır. Ümid edirik ki, artıq Ermənistan itkin düşmüş şəxslərin aqibəti barədə bizə məlumat verəcək, həmçinin, kütləvi məzarlıqların siyahısını bizə verəcək.

30 il vaxt keçib, görünən odur ki, belə məlumatları paylaşmaqdan qorxurlar. Çünki bilirlər ki, siyahını verəcəkləri təqdirdə Müharibə Cinayətləri ilə bağlı Komissiya müvafiq tədbirlər görəcək. Bu məsələdə beynəlxalq səviyyəli iş birliyinə ehtiyac var”, – o əlavə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir