Qərbi Azərbaycan İcması ABŞ-yə Ermənistanla bağlı çağırış edib

Siyasət


Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin məlumat verdiyi kimi, bu gün səfir Kristina Kvien İstisu(Cermuk) qəsəbəsinə səfər edib. Biz xanım səfirin İstisuya hansı məqsədlə səfər etməsi barədə məlumata malik deyilik. Lakin, səfirin İrəvandan gələrkən İstisu daxil olmaqla əvvəllər azərbaycanlıların yaşamış olduqları, məscidlərinin, qəbiristanlıqlarının dağıdıldığı, təhqir edildiyi yaşayış məskənlərindən keçdiyini bilirik. 

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

“Bilmək istərdik ki, özünü dünyada insan hüquqlarının müdafiəçisi kimi qələmə verən ABŞ-ın Ermənistanda –etnik təmizləmə yolu ilə mono-etnik məkana çevrilmiş bir dövlətdə – səfiri olan xanım Lvienin akkreditə olunduğu ölkədə tüğyan edən irqçilik və qeyri-tolerantlığın aradan qaldırılması və azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində nəzərdə tutulan qayıdış hüquqlarının reallaşdırılması üçün nələr edir.  

Biz həmçinin fürsətdən istifadə edərək, ABŞ tərəfini etnik və dini ayrı-seçkilik qoymadan insan hüquqlarına dəstək verilməsi xahişi ilə dövlət katibi Entoni Blinkenə göndərdiyimiz müraciətə cavab verməyə çağırırıq”, – məlumatda vurğulanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir