“Biz Türkiyəyə minnətdarıq. Türkiyə cəmiyyətinin bütün seqmentlərindən – sadə vətəndaşlardan, hamıdan həmrəylik gördük”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Türkiyənin dəstəyi Azərbaycana əlavə güc verdi.