“Soros Fondu kimi, FETÖ-nün şəbəkələri də öz maliyyə resurslarına arxalanırlar” – ŞƏRH + FOTO

Siyasət


“FETÖ və onun davamçılarının əsas məqsədi Türkiyənin dövlət quruluşunu sarsıtmaq, müxtəlif vasitələrdən istifadə edərək hakimiyyəti ələ almaq olub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O qeyd edib ki, FETÖ-çülər bunun üçün özlərinə istər daxildə, istərsə də xaricdə qüvvələr tapıblar:

“Onlar terrorçu əməllərini həyata keçirmək üçün ətraflarına tərəfdaşlar toplayıb, onları maliyyələşdirərək, mənfur niyyətləri üçün vasitəyə çeviriblər. Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cəsarətli siyasi gedişləri və türk xalqının birliyi sayəsində bu çevriliş baş tutmadıqda FETÖ-çülər gizli yollarla fəaliyyətlərini davam etdirməyə başladılar. FETÖ-yə xidmət edən Qubad İbadoğlu, Fazil Qasımov, Mübariz Mənsimov və başqalarının fəaliyyəti bir daha göstərir ki, bu qruplaşma Qərbin himayədarlığına arxalanaraq Türkiyədə, Azərbaycanda, eləcə də digər müsəlman dövlətlərində qeyri-qanuni yolla hakimiyyətin dayaqlarını sarsıtmaq, ölkələrin imicinə kölgə salmaq, insanları çaşdırmaq, doğru yoldan çəkindirmək məqsədi güdürlər. Sevindirici haldır ki, qardaş ölkənin, eləcə də Azərbaycanın hüquq-mühafizə orqanları çirkin əməllərlə məşğul olan bu insanların fəaliyyətinin qarşısını vaxtında ala biliblər”.

Komitə sədrinin sözlərinə görə, Soros Fondu kimi, FETÖ-nün şəbəkələri də özlərinin maliyyə resurslarına arxalanaraq, zərərli ideyalarını qəbul etməyə daim can atırlar:

“Ancaq artıq insanlar FETÖ-çülərin kimlərə və nəyə xidmət etdiklərini yaxşı bilirlər. Hüquq-mühafizə orqanları da sayıqdırlar və mənə elə gəlir, həmin terrorçu ünsürlərin ömrü başa çatmaqdadır. Bütün hallarda ehtiyatı əldən vermək olmaz. Çünki FETÖ-çülük çox qorxulu bir cərəyandır”.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir