“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb

Siyasət

ABŞ-ın “Foreign Policy News” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı haqqında məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə sözügedən konfransda on minlərlə insanın ölümü ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi üzrə müstəqil ekspertlərin, alimlərin, müxtəlif beynəlxalq tədqiqat mərkəzlərinin və akademik qurumların nümayəndələrinin iştirak etdiyi qeyd olunub.

Azərbaycan Prezidentinin bölgədəki mövcud vəziyyət haqqında açıqlamaları, Cənubi Qafqazın gələcəyinə dair fikir və mülahizələri, əhatəli şərhləri məqalədə geniş yer alıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir