“The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra “Facebook bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır” sərlöhvəli məqaləsinə düzəliş vermək qərarına gəlib.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti məlumat yayıb.
Yazıda qeyd edilib ki, bu məqalənin nəşrindən sonra YAP-dan və “Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.
Əlavə edilib ki, bu məqalənin dərcindən sonra YAP “Azad söz” səhifəsindəki 6 mart tarixli posta təhqiramiz şərhlər yazan səhifələrlə hər hansı əlaqəsinin olmasını inkar edib.
“Facebook”dan daxil olan məlumatı da məqaləyə əlavə edən “The Guardian” yazıb: “Bazar ertəsi günü şirkət etibarsız davranış qaydalarını pozan və “The Guardian” tərəfindən müəyyənləşdirilən 300-dən artıq səhifəni ləğv etdiyini söyləyib. Bu məqalənin nəşrindən sonra “Facebook” həmin səhifələrin siyahısını nəzərdən keçirdiyini və YAP-la hər hansı əlaqə tapmadığını bildirib”.