“Texniki problemlər aradan qaldırılandan sonra bu və ya digər şəkildə 40 ton unu Xankəndiyə yola salacağıq”.
Bunu “Report”un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş katibi Ceyhun Mirzəyev hazırki vəziyyətlə bağlı məlumat verərkən deyib.
O xatırladıb ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar:
“Onlar gətirilən ərzaq yüklərinin burada qaldığının və Xankəndiyə aparıla bilməməsinin şahidi olublar. Diplomatik korpus nümayəndələrinə AzQAC-ın missiyası haqqında ətraflı məlumat verilib. Hazırda biz gözləmə mövqeyindəyik. Gözləyirik ki, texniki problemlər aradan qaldırılandan sonra bu və ya digər şəkildə 40 ton unu Xankəndiyə yola salaq”.
www.RIA24.az