AzQAC-ın vitse-prezidenti: “Ümid edirik ki, ərzaq yükü tezliklə erməniəsilli sakinlərə çatdırılacaq”

Siyasət


“Ümid edirik ki, xeyirxah addımımız düzgün dəyərləndiriləcək və gətirdiyimiz ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq”.

Bunu “Report”a Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq 6-cı gündür ki, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar missiyasını həyata keçirmək üçün burdadırlar:

“Bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır. AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur. Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq”.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir