İƏT MDİHK-nin sədr müavini: “30 ildən sonra doğma yurdlarına dönən insanların sevinc səslərini eşidirik”

Siyasət


“Biz burada 30 ildən sonra doğma yurdlarına dönən insanların sevinc səslərini eşidirik”.

Bunu “Report”a açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədr müavini Hacı Ali Açıkgül bildirib.

“Bu, mənim Qarabağa ikinci səfərimdir. İlk səfərim 2021-ci ildə olmuşdu. O zaman Ağdama gəlmişdim. Orada gördüklərim məni dəhşətə gətirmişdi. İndi Füzuli şəhərindəyik. Bu səfərimizdə də 30 illik işğal dönəmində ermənilərin Qarabağda törətdikləri vəhşiliklərin, dəhşətli mənzərələrin şahidi oluram. Mən iki il öncə də buraya gördüklərimi qeyd edib, beynəlxalq təşkilatlar və qurumlara çatdırmaq üçün gəlmişdim”, – deyə komissiyanın sədr müavini deyib.

Hacı Ali Açıkgül qeyd edib ki, bu yerlərin bərpa olunması üçün Azərbaycana kömək lazımdır:

“İnanıram ki, bütün islam ölkələri dost əlini uzadaraq, ermənilərin 30 ildə dağıtdıqları kənd və şəhərləri yenidən qurub yaradacaqlar”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir