Y.Kiselyov: “Bakı Moskvanın “çaldığı havaya oynamadan”, onunla yaxşı münasibətləri saxlayır”

Siyasət

Azərbaycan ərazilərini geri qaytardı, lakin onun kiçik bir hissəsi Rusiya sülhməramlılarının məsuliyyət zonasındadır. Rusiyalı hərbçilərin davranışları isə Azərbaycanda ciddi suallar doğurur. Bura həm müharibə cinayətkarlarının peyvənd edilməsi, həm Qarabağa girişə nəzarət, həm də 9 mayda hərbi parad keçirməyə hazır olduqları barədə məlumatlar daxildir. Zəfər Günü ölkəmizdə qeyd olunur, lakin parad heç olmasa Azərbaycan hakimiyyəti ilə razılaşdırılmalıdır…

Məşhur Rusiya və Ukrayna jurnalisti, media meneceri, siyasi icmalçı, “Ukrayna 24” kanalının televiziya aparıcısı Yevqeni Kiselev bununla bağlı Caliber.Az-a münasibət bildirib.

O, Cənubi Qafqazdakı siyasətin incəlikləri mövzusunda çox böyük bir mütəxəssis olmadığını vurğulayıb.

“Ancaq başa düşürəm ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr nə qədər yaxşı olsa da, Moskvanın Bakıya spesifik münasibəti var”, – deyə, əlavə edib.

Ekspertin sözlərinə görə, Azərbaycan Rusiya ilə yaxşı münasibətlərini qoruyur, ancaq heç vaxt Rusiya siyasətinin farvaterində getməyib.

“Müəyyən mənada Azərbaycan postsovet məkanının bir çox ölkəsi üçün nümunədir. Bakı Moskvanın “çaldığı havaya oynamadan”, müxtəlif şübhəli təşəbbüslərdə iştirak etmədən onunla necə yaxşı münasibətlər saxlamağın mümkün olduğunu göstərir”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir