Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı Ermənistan cəmiyyətində ona qarşı yaranan narazılığı Rusiyaya doğru yönəltmək istəyir. Lakin İrəvandakı hakimiyyətin bu mövzuda ritorikası təhlükəlidir.
“Paşinyana günahkar lazımdır. Həmin günahkar da Rusiyanın timsalındadır. O, erməni cəmiyyətində toplanan mənfi enerjini Moskvaya qarşı yönəltmək istəyir”, – MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Novikov bildirib.
Analitik izah edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələrək Qarabağla bağlı “danışıqlar prosesini faktiki olaraq sıfırlayıb”.
“O, uduzdu və Minsk Qrupu çərçivəsində danışıqlara dair heç nəyin deyilmədiyi bəyanatı imzalamağa məcbur oldu”, – Novikov vurğulayıb.
Valday Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Fondunun İdarə Heyətinin sədri Andrey Bıstritskinin sözlərinə görə, Ermənistan baş nazirinin açıqlamaları “çox riskli ritorikadır”. Analitikin fikrincə, bu, “dünya birliyi ilə manipulyasiya etmək cəhdidir”.
O əlavə edib ki, erməni elitasının “nəhəng beynəlxalq əlaqələri var və öz maraqlarını qorumaq üçün bir-birini istisna edən siyasi qüvvələr arasında olduqca mübahisəli balans tapmağa çalışır”.
Eyni zamanda ekspert vurğulayıb ki, müvafiq bəyanatların Qarabağ nizamlanması ilə bağlı vəziyyətə mənfi təsirini də istisna etmək olmaz.
“Erməni ritorikasındakı təhlükəli qeyri-ciddilik, təəssüf ki, həqiqətən də respublikanın həyatında və birbaşa yerlərdə vəziyyət üçün təhlükəli və əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər”, – analitik yekunlaşdırıb.
Mənbə: TASS
www.RIA24.az