Ali Məhkəmədə Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Siyasət


Sentyabrın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, Almaniya Federal Notariat Palatasının beynəlxalq münasibətlər üzrə baş nümayəndəsi, fəxri notarius Riçard Bokun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ali Məhkəmədə görüş keçirilib. 

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, qonaqları salamlayan Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, Ali Məhkəmənin fəaliyyəti və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. 

Nümayəndə heyətinin rəhbəri Riçard Bok isə öz növbəsində Beynəlxalq Notariat İttifaqının fəaliyyəti barədə məlumat verib, Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir