Sandra Qrujikic: “Serbiya-Azərbaycan əlaqələri dostluq və əməkdaşlıq münasibətlərinə dayanır”

Siyasət


“İki ölkə arasındakı əlaqələr dostluq və əməkdaşlıq münasibətlərinə dayanır”.

“Report” xəbər verir ki, bunu Serbiyanın ailə rifahı və demoqrafiya nazirinin köməkçisi Sandra Qrujikic “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əhalinin sosial xidmətlərdən daha çox faydalanması iki ölkənin qarşısında duran əsas hədəflərdəndir.

Nazir köməkçisi bildirib ki, iki ölkənin qarşılıqlı şəkildə sosial xidmətlərin təminatı sistemindən yararlanması öz təzahürünü yaxın zamanlarda göstərəcək:

“Sosial xidmətlər sahəsində əldə edilən nailiyyətlər xüsusi qeyd olunmalıdır. Dünya üzərində uzun müddət cərəyan edən COVID-19 pandemiyasının törətdiyi fəsadların qarşısı hələ də alınmayıb. Buna qarşı ciddi tədbirlər görülməlidir. Dünyada təxminən 84 milyon uşaq məktəb davamiyyətindən məhrumdur. Serbiyanın sosial müdafiə sistemi işsizliyə qarşı mübarizə tədbirlərinə dair də addımlar atır”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir