“Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi və ABŞ hərbçilərini öz ölkəsinə dəvət etməsi Rusiyaya münasibətdə dost addım deyil, düşmənçilik aktıdır”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
“Ermənistanın baş naziri Nikol Paşinyanın bu qərarı Moskvanın, Rusiya rəhbərliyinin qəzəbinə səbəb olub”, – deyə o qeyd edib.
“Doğrudur, Rusiya rəhbərliyinin reaksiyasının nəticə etibarı ilə necə olacağını söyləmək çətindir. Amma aydındır ki, Rusiya rəhbərliyi Ermənistana qəzəblidir. Əminliklə deyə bilərəm ki, Rusiya Ermənistana qarşı siyasətini fəallaşdırmaq qərarına gəlib və qəti addımlar atmağa hazırdır. Çünki belə bir düşüncə var ki, sadəcə gözləmək vəziyyətin daha da pisləşməsinə gətirib çıxaracaq”, – deyə S.Markov vurğulayıb.
Qeyd edək ki, Ermənistan və ABŞ-nin “EAGLE PARTNER 2023” adlı birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.
www.RIA24.az