“Rusiya-Ukrayna arasında gedən müharibə silah arsenalında məhdudiyyətlər yaratdığından “Azərsilah” QSC-nin yaranması ilə Azərbaycan regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevriləcək”.
Bu sözləri xezerxeber.az-a açıqlamsında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun fikrincə, Azərbaycan sovet-rus elmi-nəzəri bazasında istehsal edilən silahlarla dünya bazarında effektiv oyunçuya çevrilə bilər.
Qeyd edək ki, “Azərsilah” QSC-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.
Prezident İlham Əliyevin imzaladığı Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi “Azərsilah” QSC-nin tabeliyinə verilir.
Ətraflı süjetdə:
www.RIA24.az