“ABŞ Prezidenti Co Baydenin açıqlamasında 1915-ci il hadisələri ilə əlaqəli “erməni soyqırımı” ifadəsini istifadə etməsi dəhşətlidir. Hazırda vəziyyətin bundan sonra necə inkişaf edəcəyinə dair heç bir fikrim yoxdur”.
Albaniyalı tarixçi, politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis Oli Yazeci bu barədə Caliber.Az-a danışıb.
Onun sözlərinə görə, Amerika prezidentinin bu açıqlaması absurddur, ancaq Co Bayden administrasiyasının Türkiyə ilə münasibətləri gərginləşdirməyə getdiyi görünür.
– Eyni zamanda, Türkiyə NATO üzvüdür, Şimali Atlantika İttifaqı üçün vacib bir ölkədir. Vaşinqtonda bu barədə düşünmədilərmi?
– Amerikada Qarabağda Azərbaycanın Ermənistan üzərində qazandığı qələbəyə görə üzülürlər. Türkiyə isə siyasi olaraq Azərbaycanı dəstəkləyirdi. Bu, ümumiyyətlə, uzun illər ərzində türk, hətta müsəlman dünyasının ilk zəfəri idi.
Eyni zamanda, ABŞ-dakı erməni lobbisinin Co Bayden administrasiyasına əlavə təzyiq yaradan təsirindən də xəbərdarıq. Onlar istəyir ki, Vaşinqton artıq Ankaraya təzyiq göstərsin.