Azərbaycan XİN Andorranı təbrik edib – FOTO

Siyasət


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Andorranı Milli Günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda bildirilir: “Andorra xalqını və hökumətini Milli Günü münasibəti ilə təbrik edir, bu münasibətlə ən xoş və ən səmimi diləklərimizi çatdırırıq. Biz ikitərəfli əlaqələrimizin inkişafını səbirsizliklə gözləyirik! Milli bayramınız mübarək, Andorra!”.

 

www.RIA24.az