TÜRKPA Azərbaycanın Qarabağ regionundakı qondarma “prezident seçkiləri”ni pisləyib

Siyasət


Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir.

Bu barədə TÜRKPA məlumat yayıb.

Bəyanata görə, bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir.

TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir