Təsərrüfat subyektlərinin ümumi dövriyyəsi 35 milyon manatdan çox olduqda… – QANUN LAYİHƏSİ

Siyasət


Təsərrüfat subyektlərinin təmərküzləşməsi zamanı rəqabət orqanına razılıq alınması üçün müraciət edilməlidir.

Oxu.Az xəbər verir ki, bununla bağlı Milli Məclisə daxil olan Rəqabət Məcəlləsinin layihəsində qeyd edilib.

Məcəlləyə əsasən, aşağıdakı məqamlardan biri varsa, rəqabət orqanından razılıq alınmalıdır:

– təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən biri müvafiq bazarda hökmran mövqe tutduqda;

– maliyyə institutları tərəfindən səhmlərin (payların) bu məcəllənin 26.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təkrar satışı mümkün olmadıqda;

– müvafiq bazarda təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən birinin və ya təmərküzləşmədən sonra yaranacaq təsərrüfat subyektinin ümumi dövriyyəsi 25 milyon manatdan artıq olduqda;

– təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ölkə daxilində və ölkə xaricində ümumi dövriyyəsi 35 milyon manatdan çox olduqda;

– təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərindən birinin sonuncu hesabat ilində ölkə daxilində dövriyyəsi 15 milyon manatdan çox, digərinin (digərlərinin) isə sonuncu hesabat ilində ölkə daxilində ümumi dövriyyəsi 5 milyon manatdan çox olduqda;

– təmərküzləşmədə iştirak edən bütün təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi qeyd edilən məbləğlərdən az olduğu hallarda, təmərküzləşmədə iştirak edən təsərrüfat subyektlərinin sonuncu hesabat ilində ümumi dövriyyəsi müvafiq bazarın ümumi dövriyyəsinin 20 faizindən çox olduqda.

Aysel Aslan 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir