Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib

Siyasət


Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edir və bütün məsələlərin BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə və normalarına uyğun olaraq siyasi-diplomatik yol ilə həll edilməsinə tərəfdar olduğunu bildirir”, – deyə sənəddə vurğulanıb.

Mənbə: Kazinform

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir