Canni De Byazi: “Gözəl oyun alınmasa da, istəyimizə nail olduq”

Siyasət


“Gözəl oyun alınmasa da, istəyimizə nail olduq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri beynəlxalq yoldaşlıq oyunundan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib:

“Rəqibin yaxşı oyunçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyil”.

İtaliyalı baş məşqçi Emin Mahmudovun bu gün meydanda hər şeyi etdiyini söyləyib:

“O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir