“Keçən il Praqada Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistanın öz ərazisini qorumaq üçün edilib”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Ermənistanın baş naziri bir daha xatırladıb ki, Rusiya Federasiyasının təklifi 2022-ci ilin avqustunda ATƏT-in Minsk qrupunun həmsədri İqor Xovayev tərəfindən regiona səfəri zamanı təqdim edilib. O, öz təkliflərinə cavab almaq üçün sentyabrın 13-də bölgəyə gəlib, lakin məhz bu vaxt cəbhədə vəziyyət gərginləşib.
Rusiya və KTMT Ermənistanın müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı yazılı və şifahi müraciətlərinə cavab verməyib, İrəvan isə Rusiyanın Qarabağın statusu ilə bağlı təklifinə müsbət cavab verib.
“Amma artıq oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılaşma əldə olunub. Bu qərarı yanlış hesab edənlərin hamısı Ermənistanın suveren dövlət olmasına qarşıdır”, – Paşinyan deyib.
Mənbə: Sputnik Armenia
www.RIA24.az