Qərbi Azərbaycan Xronikası: Çar Rusiyası Səədli kəndlərini niyə dağıdırdı? – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ərazisi bölünən, kəndləri viran qoyulan və saxta erməniləşdirilmənin qurbanına çevrilən Səədli mahalı haqqında süjet hazırlanıb.

“Ermənilərin Səədli mahalında saxtalaşdırma əməliyyatı” adlı süjetdə azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməkdən ötrü ermənilərin 19-cu və 20-ci əsrlərdə müxtəlif vasitələrdən istifadə etdiyi, hayların havadarlarının hesabına təkcə coğrafi ərazilərimizi deyil, həm də oğuz-türklərinə məxsus mədəni, dini abidələrə, toponimlərə qarşı daim vandallıqla məşğul olduqları, məhz bunun sayəsində monoetnik erməni dövlətində tarixən azərbaycanlıların yaşadıqları 700-dən çox yaşayış məntəqəsinin adının dəyişdirilərək erməniləşdirildiyi vurğulanır.

Bildirilir ki, Səədli İrəvan xanlığının ən kiçik mahal idi və onun qərb qurtaracağında yerləşirdi. XIX əsrin 2-ci yarısında Səədli mahalı Sərdarabad mahalı ilə birlikdə Gərnibasar mahalının tərkibində olub. İrəvan sərdarı Hüseynqulu xan Sərdarabad qalasını 1807-1828-ci illərdə tikdirdikdən sonra həmin qalanın adı ilə yeni mahal, həmçinin həmin vaxtda Səədli mahalı yaradılıb. Səədli mahalının ərazisi indiki Armavir vilayətinin, keçmiş Hoktemberyan, yəni Sərdarabad rayonunun ərazisinin bir hissəsi hesab olunur. Hazırda Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca “Səədli” adlı yaşayış məntaqələri var. 

Qeyd olunur ki, Rusiya imperiyasının  һimayəsinə  sığınan, özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi təqdim edən ermənilər Azərbaycan türklərini doğma yurdlarından sıxışdırıb çıxarmaqla, yüzlərlə kəndi yerlə-yeksan edib, abad yerlərin adını dəyişdiriblər:

“1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı  müharibələri nəticəsində Səədli mahalına məxsus 14 kənddən 5-i tamamilə dağıdılıb.

Süjetdə diqqətə çatdırılır ki, ölkələrin çətin sınaqlardan çıxması və gələcəyə doğru irəliləməsi süni, saxta yollarla mümkün deyil:

“Bu, müdrik xalqların qətiyyəti, qəhrəmanlıq səlnaməsi və ədalətli siyasəti sayəsində, tarixi hadisələrin həqiqi və düzgün qiymətləndirilməsi isə zamanla mümkün olur. Artıq bu zaman gəlib və bizi doğma yurd-yuvamıza – Qərbi Azərbaycana səsləyir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir