Şahin Mustafayev: “Azərbaycan və Özbəkistan bir çox sahələrdə əməkdaşlığa böyük önəm verir”

Siyasət


“Azərbaycan və Özbəkistan arasında dövlətlərarası münasibətlərdə ticarət-iqtisadi əməkdaşlıq əsas prioritetlərdən biridir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Özbəkistan Respublikasının müstəqilliyinin elan edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

“Dövlət başçılarının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, hökumətlərimiz ticarət-iqtisadi əməkdaşlıq istiqamətində zəngin potensialımızın maksimum dərəcədə reallaşdırılması üçün ardıcıl səylər göstərirlər. Bir müddət əvvəl 500 milyon dollar nizamnamə kapitalı ilə yaradılmış Birgə İnvestisiya Fondu bu məqsədə çatmağa töhfə verəcək”, – o bildirib.

Ş.Mustafayev onu da qeyd edib ki, hər iki ölkə bir çox sahələrdə əməkdaşlığa, o cümlədən mədəni-humanitar əlaqələrə böyük önəm verir:

“Mədəni-humanitar sahədə əməkdaşlıq dövlətlərarası münasibətlərimizin əsasını təşkil edir. Avqust ayında Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri böyük uğurla keçirildi. Azərbaycan ictimaiyyəti bir daha qardaş özbək xalqının nümayəndələrinin yüksək məharətinin və istedadının şahidi oldu”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir