Sentyabrın 15-də Qazaxıstanın Türküstan şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
İclasda birlik ölkələrinin DİN-ləri arasında əməkdaşlığın prioritet məsələlərinə baxılıb, birgə əməliyyat-profilaktik tədbirlərin və xüsusi əməliyyatların nəticələri müzakirə edilib.
Şura iclası transmilli cinayətkarlığa qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin DİN-ləri arasında əməkdaşlığa dair sənədlərin imzalanması ilə başa çatıb.
www.RIA24.az