“Ermənistanın qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsindən imtinası Azərbaycanla sülhün əldə olunması qarşısında əsas maneədir”.
Bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“2020-ci il noyabr bəyanatı ilə bağlı Ermənistanın iki əsas pozuntusu qoşunlarını Azərbaycandan tam çıxarmaqdan və Naxçıvana nəqliyyat əlaqəsinin təmin olunmasından imtina etməsidir. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmək və separatçıları maliyyələşdirməklə yanaşı, bunlar Azərbaycan-Ermənistan arasında sülhə əsas maneələrdir”, – diplomat bildirib.
2 major violations by Armenia with regard to 2020 statement:
1. Refusal to fully withdraw its troops from Azerbaijan.
2. Refusal to provide transport link to Nakhchivan.
On top of disrespecting 🇦🇿 terr. integrity & funding separatists these are major hurdles for 🇦🇿🇦🇲 peace pic.twitter.com/sSiv1VcFrv
— Nasimi Aghayev🇦🇿 (@NasimiAghayev) September 16, 2023
www.RIA24.az