Səudiyyə Ərəbistanının yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib – FOTO

Siyasət


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 16-da Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib. Görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib. C.Bayramov dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, nazirliklər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir