“Bizdə olan məlumata görə, itkin düşənlərdən 37 nəfəri sağdır”.
“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, həmin şəxslərin ailələrinə yazdığı məktublarına kifayət qədər ağrılı məqamlar var:
“Həmin məktubları bu gün də emosiyasız oxumaq mümkün deyil”.
Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini diqqətə çatdırıb ki, sağ qalmış 37 nəfərin hər biri ilə bağlı Azərbaycan tərəfində məlumat var.
www.RIA24.az