İrəvan döyüş meydanında məğlub oldu, indi isə Qərbin qarşısında əyilir – MÜSAHİBƏ

Siyasət

Ermənistan Qərbin dəstəyi ilə Qarabağın mifik müstəqilliyində israr edərək yenə “köhnə valı” oxutmağa başlayıb. Belə ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığında “Qarabağ münaqişəsinin həllini müstəsna olaraq “qurtuluş naminə ayrılmada” gördüyünü deyib.

Bundan əvvəl amerikalı politoloq, ermənipərəst baxışları ilə tanınan Amerika Sahibkarlıq İnstitutunun (American Enterprise Institute for Public Policy Research) elmi əməkdaşı Maykl Rubin ABŞ rəhbərliyinə “Kosovo modeli”ni Qarabağa tətbiq etməyə, yəni Qarabağın “müstəqilliyini” tanımağa çağırdı.

Rusiyalı siyasi analitik, Rusiya Yaxın Şərq İnstitutunun eksperti Serqey Balmasov Caliber.Az-a verdiyi müsahibəsində “Kosovo modeli”nin Qarabağa tətbiq edilməsi fikrinin yalnız gülüş doğura biləcəyini bildirdi:

“Bir atalar sözü var: “Hər meyvə öz vaxtında yetişər”. Burada isə meyvə nəinki yetişib, hətta çürüyüb. Bu fikrin daşıyıcısı kim olmalıdır? Bu sadəcə lətifədir və Qərb siyasətinin bütün istiqamətlərdə təsirsizliyini göstərir”.

“Kosovodakı vəziyyətdə həm də fikir ayrılıqları var. Avropada NATO qoşunları kimi, Qərb də Kosovonın yanında idi. Bəs Qarabağ? Bəli, Türkiyə Şimali Atlantika İttifaqının üzvüdür, ancaq başa düşürük ki, Ankara heç bir halda bu fikir üçün bələdçi olmayacaq”, – deyə Serqey Balmasov əlavə edib.

– Yeri gəlmişkən, İrəvan yenidən fəal şəkildə Qarabağın müstəqilliyi barədə danışmağa başlayıb və Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makron ilə danışıq apardı, həllin müstəsna olaraq “qurtuluş naminə ayrılma” (Qarabağ-red.) prinsipləri çərçivəsində gördüyünü bildirdi.

– Düşünürəm ki, Nikol Paşinyan köhnə türk atalar sözünü bilir: “Halva-halva deməklə ağız şirin olmaz”. Qarabağ artıq onların deyil. Ermənistan bir neçə həftə ərzində döyüş meydanında məğlub oldu. İndi isə Qərbin qarşısında əyilmə – bir növ lakeylik var.

“Qarabağ müstəqilliyi” ideyasının daşıyıcısı kim ola bilər? Rusiya üçün sərfəli deyil, indi bir vaxtlar hər şeylə razılaşa bilən Boris Yeltsin hakimiyyətdə deyil. Türkiyə? Əlbəttə yox. Bəs kim? Fransa – bu keçmişin çox da böyük olmayan imperiyasıdır. Bəli, güclü ölkədir, ancaq Almaniyanın “sükan arxasında” olduğu Avropa İttifaqında hətta “hava şəraitini” belə müəyyənləşdirmir.

Artıq Azərbaycan, Türkiyə və Rusiyanın maraqları bir-birinə yaxınlaşır, ölkələrimiz uzaqda olan və (Ermənistana – red.) yardım etməyəcək Qərbsiz də keçinə bilərlər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir