“Bakı ilə İrəvanın lazımi təmasları qura biləcəyinə, Azərbaycanın isə itkin düşən vətəndaşlarının taleyi ilə bağlı məlumat əldə edə biləcəyinə ümidvaram”.
“Report” xəbər verir ki, bunu Moldova hökumətinin keçmiş rəhbəri Kiril Qaburiç Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
K.Qaburiç xatırladıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının sayı təxminən 4 min nəfərdir.
O vurğulayıb ki, bütün dünyada yaxınlarını itirmiş ailələrə yardım göstərilməlidir:
“Ən vacib məsələ odur ki, biz belə münaqişələrdən yan keçməyi öyrənməliyik”.
www.RIA24.az