Rusiya XİN yüklərin Ağdam və Laçın yolu ilə Xankəndiyə eyni vaxtda keçirilməsini alqışlayır

Siyasət


Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır.

Bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya XİN-in iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman yüklərindən ibarət partiyalar çatdırılıb. Biz maneəsiz və müntəzəm çatdırılmaların davam edəcəyini gözləyirik”, – məlumatda qeyd edilib.

Rusiya XİN rəsmi Bakı ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında dialoqun başlanmasına, eləcə də liderlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illərdə imzalanmış ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üzrə ritmik işin bərpasının tərəfdarıdır:

“Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir