Ermənistanın mina terrorunun qurbanlarının sayı açıqlanıb.
“Report”un xəbərinə görə, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 314 nəfər minadan zərər çəkib. 48 nəfəri mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər həlak olub. Eyni zamanda, mina partlayışları nəticəsində ümumilikdə 101 nəfər mülki, 152 nəfəri isə hərbçi yaralanıb.
10.11.2020 – 14.12.2021-ci illər tarixində Ermənistanın mina terroru nəticəsində 197 nəfər xəsarət alıb, onlardan 36 nəfər həlak olub. Həmin şəxslərdən 29 nəfəri mülki vətəndaş, yeddisi hərbçidir. Bu tarixlərdə sözügedən səbəblərdən 52 nəfəri mülki, 109 nəfəri hərbçi olmaqla 161 nəfər yaralanıb.
15.12.2022 – 04.02.2022-ci illərdə yeddi nəfər zərər çəkib. Onlardan dördü nəfər mülki vətəndaş, iki nəfəri hərbçi olmaqla altı nəfər yaralanıb, bir nəfər mülki şəxs isə vəfat edib.
05.02.2022 – 06.04.2022-ci illərdə mina terroru nəticəsində altı nəfər yaralanıb. Onlardan beş nəfəri mülki vətəndaş, bir nəfəri hərbçidir.
07.04.2022 – 18.05.2022-ci illərdə ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan yeddi nəfər mülki vətəndaş, üç nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb, iki mülki şəxs isə həlak olub.
19.05.2022 – 18.08.2022-ci illərdə 11 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan səkkiz nəfər mülki vətəndaş, iki nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb. Bir hərbçi həlak olub.
19.08.2022 – 23.09.2022-ci illərdə 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan iki nəfəri mülki vətəndaş, 18 nəfəri hərbçi olmaqla 20 nəfər yaralanıb. İki hərbçi həlak olub.
24.09.2022 – 03.10.2022-ci illərdə beş nəfər mülki vətəndaş mina partlayışlarından xəsarət alıb. Onlardan üç nəfər mülki vətəndaş yaralanıb, iki nəfəri həlak olub.
04.10.2022 – 10.11.2022-ci illərdə 11 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan altı nəfəri mülki, dörd nəfəri hərbçi olmaqla 10 nəfər yaralanıb. Bir mülki vətəndaş həlak olub.
11.11.2022 – 06.01.2023-cü illərdə doqquz nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan dörd nəfəri mülki, dörd nəfəri hərbçi olmaqla səkkiz nəfər yaralanıb. Bir hərbçi həlak olub.
07.01.2023 – 14.03.2023-cü illərdə beş nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan bir nəfər mülki, iki nəfər hərbçi olmaqla üç nəfər yaralanıb. Bir hərbçi, bir nəfər mülki vətəndaş həlak olub.
15.03.2023 – 12.06.2023-cü illərdə 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan altı nəfər mülki, üç nəfər hərbçi olmaqla doqquz nəfər yaralanıb. Bir hərbçi, altı mülki vətəndaş həlak olub.
13.06.2023 – 23.08.2023-cü illərdə iki nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan bir nəfər mülki vətəndaş, bir nəfər hərbçi həlak olub.
24.08.2023 – 11.09.2023-cü illərdə üç nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan iki nəfər mülki vətəndaş, bir nəfər hərbçi həlak olub.
12.09.2023 – 19.09.2023-cü illərdə səkkiz nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan iki hərbçi yaralanıb, altı mülki vətəndaş həlak olub.
Qeyd edək ki, hazırda 970 551,604 kv.m (97 055,2 ha) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.
Xatırladaq ki, aşkar edilmiş mina və digər partlayıcılar cəmi 94 244 ədəd, piyada əleyhinə minalar 29 617, tank əleyhinə minalar 17 048, partlamamış hərbi sursatlar isə 47 579 ədəddir.
www.RIA24.az