Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassislə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.
“Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ilə görüşərək Azərbaycan-İsveçrə tərəfdaşlığı, regional təhlükəsizlik məsələləri və son erməni hərbi təxribatlarını müzakirə edib”, – xarici siyasət idarəsinin məlumatında bildirilib.
www.RIA24.az