ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı ABŞ mediası və beyin mərkəzlərinin məntiqsiz mövqeyini şərh edib.
American media and think tanks:
✔️Ukraine fights to expel Russian troops from its territory= Slava Ukraini
✔️Georgia fights to expel Russian troops from its territory= Go Georgia
✔️Azerbaijan fights to expel 10k of Armenia’s (Russia’s ally) troops from its territory that are…— Brenda Shaffer (@ProfBShaffer) September 19, 2023
“Ukrayna Rusiya qoşunlarının öz ərazisindən çıxarılması üçün döyüşəndə medianın reaksiyası: “Yaşasın Ukrayna!”
Gürcüstandakı oxşar münaqişədə: “İrəli, Gürcüstan!”
Bununla belə, Azərbaycanın 10 min erməni qoşununun öz ərazisindən çıxarılmasını təmin etməyə çalışdığı prosesə gəldikdə, reaksiya daha az ruhlandırıcı olur: “Azərbaycanı dayandırmaq lazımdıtr”, – deyə Şaffer yazır.
Başqa bir paylaşımda Şaffer ABŞ səlahiyyətlilərinin qeyri-ardıcıl cavabını şübhə altına alıb.
Could you imagine a US Sec. of State @SecBlinken calling up #Ukraine and asking Kiev not to conduct military operations against terrorists operating from Crimea or Donetsk? The US upholds the principle of territorial integrity, except in the case of #Azerbaijan. https://t.co/2qqAkseXQa
— Brenda Shaffer (@ProfBShaffer) September 20, 2023
“Təsəvvür edirsinizmi, ABŞ Dövlət katibi Blinken Ukraynaya zəng edərək Kiyevdən Krımda və ya Donetskdə fəaliyyət göstərən terrorçulara qarşı hərbi əməliyyatlar aparmamağı xahiş edir? Birləşmiş Ştatlar Azərbaycan məsələsi istisna olmaqla, ərazi bütövlüyü prinsipini dəstəkləyir”, – deyə o qeyd edib.
www.RIA24.az