“Sentyabrın 19-da erməni birləşmələri Şuşanı ağır artilleriya ilə atəşə tutublar”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, bəzi dövlətlərin ölkəmizə qarşı çevik bəyanatları bizi narahat edir:
“Bunlara baxmayaraq beynəlxalq ictimaiyyət bu məsələlərlə bağlı daimi məlumatlandırılır. Azərbaycan Respublikasının legitim narahatlığı onların diqqətinə çatdırılırır”.
H.Hacıyev əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasının keçirilməsinə ehtiyac yoxdur:
“Bu iclas keçirilərsə, Azərbaycan öz legitim narahatlığını ifadə etməyə hazırdır”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə bildirib ki, dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane yarada bilər.
İlhamə Əbülfət
www.RIA24.az